Biləsuvarda Bakı sakini Bağırovun “Mercedes”indən nələr çıxdı...

14 İyun 2019 13:40 (UTC+04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.