Çavuşoğlu “NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq” dedi…

14 İyun 2019 13:28 (UTC+04:00)

NATO Türkiyəni müdafiə etmək iqtidarında deyil, ona görə də Ankara Rusiyadan S-400 zenit raket kompleksləri alır. “Trend”in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsində nöqtəni qoyub. Türkiyəli lider Rusiyadan alınan S-400-lərin artıq iyulda ölkəyə gətiriləcəyini bəyan edib.