İmişlidə məktəb direktorunu şagirdlərin döyməsi xəbərinə düzəliş edildi

14 İyun 2019 16:34 (UTC+04:00)

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu barədə “Trend”ə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu uydurmadır".

Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.