Moldovada özünü legitim sayan iki hökumətdən biri Qüdslə bağlı qalmaqallı qərar verdi

14 İyun 2019 13:35 (UTC+04:00)

Son günlər siyası böhranı yaşanan Moldovada özünü legitim sayan iki hökumətdən biri Qüdslə bağlı qalmaqallı qərar verib.

Baki-xeber.com xəbər verir ki, iki hökumətdən birinə rəhbərlik edən Baş naziri Pavel Filip ölkəsinin Təl Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə qərar qəbul edib.

Moldovanın qərarını qınayan İslam Əməkdaşlıq Təşkilatı isə Kişinyovu Qüds qərarından imtina etməyə çağırıb. Fələstin Xarici İşlər Nazirliyi də, Moldovanın qərarına sərt reaksiya verib.