Bərdədə xəstə öldüyünə görə Təcili Yardıma hücum edən şəxs saxlandı

13 İyun 2019 13:51 (UTC+04:00)

İyunun 12-də saat 9 radələrində Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin onların gecikməsi üzündən xəstənin öldüyünü deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanıb.

Bərdə RPŞ-də araşdırma aparılır.