Əsədin qalası kimi tanınan Lazkiyədə də xalq rejimə qarşı küçələrə çıxdı

11 İyun 2019 23:57 (UTC+04:00)

Suriyada Bəşər Əsəd rejiminə qalası kimi tanınan Lazkiyə vilayətində 6 ildən sonra ilk dəfə etiraz aksiyası keçirilib.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, iki gün əvvəl Suriyanın qərbində rejimin qalası mövqeyində olan vilayətdə bir qruq dinc sakin elektirik enerjisinin kəsilməsindən istifadə edərək rejimə qarşı küçəyə çıxıb.

Qrup Azad Suriya Ordusu (ASO) lehinə şüarlar da səsləndirib. 

Qeyd edək ki, Lazkiyə xalq üsyanının ilk günlərində - 2013-cü ildən etiraz aksiyalarına səhnə olub, ancaq ordu gücdən istifadə edərək nümayişlərin qarşısını alıb.

Etiraz aksiyasının xalq üsyanının əsas simvollarından olan milli futbolçu və müğənni Əbdülbaset əl Sarutun bir neçə gün əvvəl rejim qüvvələrilə baş verən qarşıdurmalarda həyatını itirməsindən sonra keçirilməsi diqqət çəkir.