Surqut aeroportuna əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adı verildi

31 May 2019 15:56 (UTC+04:00)

Rusiya prezdenti Vladimir Putinin imzaladığı sərəncamla Surqut aeroportuna əfsanəvi azərbaycanlı geoloq, Qərbi Sibirdə yüzdən çox neft-qaz yatağının kəşf olunmasında yaxından iştirak etmiş Fərman Salmanovun adını verib.

Baki-xeber.com-un xəbərinə görə, Rusiya dövlət başçısının saytında yerləşdirilmiş sərəncam mətnində ümumilikdə ölkənin 41 aeroportunun adının dəyişdirildiyi qeyd olunur. Bu sırada Moskva aeroportları Şeremetyevo Aleksandr Puşkinin, Domodedovo Mixail Lomonosovun, Vnukovo Andrey Tupolevin adını daşıyacaq.