"Arsenal" bu yay Mxitaryanla yollarını ayıra bilər

25 May 2019 15:49 (UTC+04:00)

"Arsenal" bu yay Mxitaryanı satmağı planlaşdırır.

Bu barədə “Football news”un xəbərində deyilir. Xəbərdə eyni zamanda bildirilir ki, erməni əsilli futbolçu 2016-cı ildə Premyer-Liqaya keçdiyi dövrdən fəallığını itirərək, bütün gücünü ortaya qoymağı dənəməyib. Beləliklə, “Borussiya” Dortmundun bir zamanlar parlaq ulduzu olan Mxitaryan 3 il öncə “Mançester Yunayted”ə, daha sonra – 2018-ci ildə “Arsenal” satılması ilə “öləziməyə” başlayıb.

“The Sun” qəzeti isə yazır ki, “Arsenal” bu yay futbolçu ilə yollarını ayırmağı düşünür. Buna səbəb kimi isə futbolçu haqqında Almaniyada əldə etdiyi uğurlara bir daha çata bilməyəcəyi etirafının artması göstərilir.

Xəbərdə Mxitaryanın Avroliqanın Bakıda keçiriləcək final oyununda iştirak etməməsi məsələsinə də toxunulur və guya ailəsinin təhlükəsizlik nədənilə Mxitaryanın Bakıya gəlməsinə razılıq vermədiyi bildirilir. Lakin Mxitaryan haqqında hesabatlarda artıq 3 ildir onun xərçəng kimi geriyə getdiyi barədə narazı notların artması nəzərə alınarsa, demək olar ki, “Arsenal”ın final oyunundakı “itki”si onun karyerası üçün o qədər də önəmli olmayacaq.

Baki-xeber.com