Britaniya Bəşər Əsədi hədələdi – “...iddialar təsdiqlənsə...”

23 May 2019 00:03 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey Suriyada Bəşər Əsəd rejiminin yenidən kimyəvi silahdan istifadə etdiyinə dair iddialar təsdiqlənəcəyi təqdirdə buna uyğun şəkildə cavab verəcəklərini deyib.

Palamentdə keçirilən “Baş nazirə suallar” iclasında Əsəd rejiminin Suriyanın şimalındakı İdlib bölgəsində kimyəvi silahdan istifadə etdiyinə dair iddialar gündəmə gəlib.

Suriyada daha əvvəl kimyəvi silahdan istifadə edildiyi zaman Böyük Britaniyanın Fransa və ABŞ ilə birgə hərəkət etdiyini xatırladan Mey deyib ki, bütün kimyəvi silahdan istifadə hallarını qınayırıq. ABŞ-la əlaqə saxlayırıq, vəziyyəti yaxından izləyirik və kimyəvi silahdan istifadə edildiyi təsdiqlənəcəyi təqdirdə buna uyğun şəkildə cavab verəcəyik.

Mey Britaniyanın Əsəd rejimi mövzusunda mövqeyinin açıq olduğunu vurğulayaraq, “Əsədin daimi sülh təmin edə bilməyəcəyini düşünürük. Rejim də öz xalqına qarşı qətliamlara görə legimitliyini itirib” deyə söyləyib.

ABŞ Dövlət Departamenti Əsəd rejiminin 19 mayda Suriyanın şimal-qərbində yeni kimyəvi silah hücumları həyata keçirdiyini müəyyənləşdirdiyini açıqlamışdı.