Zərif İran-ABŞ müharibəsinin olmayacağına inanır – “Tramp savaş istəmir, ancaq Bolton…”

18 May 2019 18:35 (UTC+04:00)

İran ABŞ-la müharibə olmayacağına inanır. Baki-xeber.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlama verib.

"Əminik ki müharibə olmayacaq. Çünki nə biz müharibə istəyirik, nə də bölgədə kimsə İranın qraşısına çıxmaq fikrinə sahibdir" – Zərif deyib.

XİN başçısı ABŞ prezidenti Donald Trampın çevrəsindəki bəzilərinin İrana qarşı müharibə istədiklərini deyib: "Tramp müharibə etmək istəmədiyini açıqlayıb, ancaq ətrafındakı insanlar onu müharibəyə çəkməyə çalışırlar”.

İran Trampın əksinə, milli təhlükəsizlik müşaviri Con Boltonun İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə birgə İrana qarşı müharibə planı hazırladığını deyir. ABŞ mediası da Trampın İran məsələsində müşavirləri ilə fikir ayrılığında olduğuna dair iddialara yer verir. Tramp isə bu iddiaları təkzib edir.