Vaşinqton bölgədəki ABŞ qüvvələrini vurmağa hazırlaşan İran raketlərinin peyk görüntülərini yaydı

17 May 2019 14:25 (UTC+04:00)

“New York Times” qəzeti, ABŞ-ın Körfəzə hərbi qüvvə daşımasının arxasında İran ordusuna aid gəmilərə raket yükləndiyinə dair peyk görüntülərinin olduğunu iddia edib.

Baki-xeber.com xəbər verir ki, qəzet, ABŞ-ın İrana qarşı hərəkətə keçməsinə, İrana məxsus raketlərin peyk görüntülərinin səbəb olduğunu yazır.

Adlarının açıqlanmasını istəməyən Amerika rəsmiləri, peykdən çəkilmiş fotoşəkillərdə İran İslam İnqilabı Keçişçilərinə (SEPAH) aid gəmilərdə raket aşkarlandığını və bunun Vaşinqtonu hərəkətə keçirdiyini iddia edib.

Bildirilir ki, SEPAH-ın bir neçə İran limanından gəmilərə raketlər yüklədiyinə dair görüntülər əldə edilib.

Sözügedən görüntüləri, Körfəzdəki ABŞ donanmasına bağlı gəmilərə hücum planı kimi dəyərləndirən kəşfiyyatın, ticarət gəmilərinə qarşı da hücum planlarına dair məlumatlar aldığı iddia edilib.

Digər tərəfdən, İraqda şiə silahlıların Amerika əsgərlərinə hücum edə biləcəyinə dair məlumatların da əldə edilməsi, Ağ Ev milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ dövlət katibi Mayk Pompeonun İranın ABŞ hədəflərinə qarşı hücum hazırlığında olduğuna dair ehtimallarını gücləndirdiyi bildirilir.

Məhz bu məlumatlardan sonra ABŞ rəhbərliyi hərəkətə keçib.