Tramp İranın üstünə 120 mindən çox əsgər göndərə biləcəyini bəyan etdi

16 May 2019 00:42 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp 120 min qoşun səfərbər etməyi planlaşdırdığı barədə məlumatlara reaksiya verib

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp İrana müqavimət göstərmək üçün 120 min qoşun səfərbər etməyi planlaşdırdığı barədə məlumatı rədd edib.

Lakin gələcəkdə bundan çox əsgəri qüvvə göndərilə biləcəyini də istisna etməyib.