ABŞ-ın təhdidləri işə yaradı - Hindistan Rusiyadan S-400 almaqdan imtina etdi

14 May 2019 12:13 (UTC+04:00)

ABŞ-ın sanksiya təhdidləri qarşısında geri addım atan Hindistan S-400 raketdən müdafiə sistemi almaqdan imtina edərək, əvəzində “Patriot” almaq üçün Vaşinqtonla danışıqlara başlayıb.

Baki-xeber.com xəbər verir ki, Rusiya və Hindistan ötən il ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-lə bağlı müqavilə imzalamışdı. 5,4 milyard dollar dəyərində olan anlaşma, 5 S-400 batareyasının Hindistana göndərilməsini nəzərdə tuturdu. ABŞ, isə təzyiqlərini daha da artıraraq Hindistanı cəzalandırmaqla təhdid edirdi.

Indi isə bu təhdidlərin işə yaradığı görünür, Hindistan geri addım ataraq S-400 sistemləri almaqdan imtina edib. Üstəlik, Hindistan rəsmiləri, “Patriot” və THAAD raketləri üçün ABŞ-la danışıqlada ciddi irəliləyiş əldə etdiklərini söyləyiblər.