Sabirabadlının “Hyundai” avtomobilindən 105 qram heroin tapıldı…

13 May 2019 15:03 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.   

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində Sabirabad şəhər sakini, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş X.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində oradan 105 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.