Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı da çap olundu

29 Aprel 2019 15:42 (UTC+04:00)

Yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun "Səfəvi Şeyxi" adlı yeni tarixi romanı işıq üzü görüb.

Olaylar.az xəbər verir ki, kitaba ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıb. Bu, müəllifin 9-cu tarixi romanıdır.

Qeyd edək ki, roman əsasən ilk dəfə olaraq sünni təriqətindən şiə təriqətinə keçən Şeyx Cüneyddən bəhs edir. Romanda Şeyx Səfidən başlayaraq Şeyx Cüneydə qədər olan şeyxlərin hər birindən məlumat verilir.