Nazim Həsənov 69+ çəkidə kinqboksinq üzrə Azərbaycan çempionu oldu - FOTO/VIDEO

29 Aprel 2019 21:25 (UTC+04:00)

Dünən Sərhəd Qoşunlarının İdman sarayında kinqboksinq üzrə Azərbaycan çempionatının final yarışı keçirilib.

14 yaşlı yeniyetmələr arasında 69+ çəki dərəcəsi üzrə Nazim Həsənov çəkidə özündən xeyli üstün olan rəqibinə qarşı inamla döyüşərək, ilk dəfə olaraq, Azərbaycan çempionu titulunu qazanıb. Kinqboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çempion kubokunu N.Həsənova təqdim edib.