ABŞ Livan Hizbullah-ının maliyyə mənbələri haqqında məlumat verənlərə 10 milyon dollar mükafat vəd etdi

23 Aprel 2019 13:48 (UTC+04:00)

ABŞ Livandakı şiə Hizbullah təşkilatının maliyyə sistemini çökdürə biləcək nəlumatlar verən fərd və qurumlara 10 milyon dollar mükafat verəcəyini bəyan edib.

Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi, Dövlət Departamentinin iki rəsmisi tərəfindən yayılan birgə açıqlamada deyilir.

Mükafat alacaq şəxslər verəcəkləri məlumatlarla, Hizbullah-a ianə verənlər, təşkilatın maliyyə işlərini asanlaşdıran qurumlar, Hizbullah tərəfindən idarə edilən şirkətlər və  səhmlərin, təşkilatın adından fəaliyyət göstərən saxta şirkətlərin müəyyənləşdirilməsini təmin etməlidirlər.

ABŞ Hizbullah-ın Livanda artan siyasi rolundan və bölgədəki təsirindən narahatdır.