Ermənilər Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin bir bəyanatından yapışaraq saxta erməni tarixini şüurlara yerləşdirmək üçün təzə fürsət tapdılar.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Səfir nə deyib?
Nəsimi Ağayev Ermənistanın qonşulara qarşı ərazi iddialarında olduğunu deyib və sübut üçün İrəvan metrostansiyalarının birində asılmış guya "qədim Ermənistanın" 4-5-ci əsrlərə aid ərazisini əks etdirən xəritəni misal gətirib. Belə görünür ki, ermənilər həmin xəritədə bütün Gürcüstanın, Azərbaycanın, Türkiyənin ərazilərini 4-5-ci əsrlərin Ermənistanı kimi təqdim ediblər...
Azərbaycan səfirinin iddiasında və ya etirazında yanlış nə var ki?! Məgər 4-5-ci əsrlərdə Ermənistan adlı coğrafi ərazi var idi? Məgər 4-5-ci əsrlərin, bu coğrafiyanı əhatə etmiş Sasanilər, Bizans, Qafqaz Albaniyası kimi qüdrətli dövlətləri ölmüşdülər ki, burada böyük bir Ermənistan dövlətinin olmasına imkan versinlər?!... 4-5-ci əsrlərdə nəinki Ermənistan adlı coğrafi ərazi yox idi, hətta o dövrdə ermənilər xristianlığın Efes, Nikey kimi samballı kilsə məclislərində xristianlığın "ana ideologiyasına" qarşı özlərinin cəfəng satqın ideyalarının üstündə top kimi küncdən-küncə vurulur, it peşimanları kimi təqib olunurdular. 451-ci il Xalkedon kilsə məclisində isə ümumiyyətlə Bizans kilsəsindən qovuldular. Əgər o zaman Qafqazda "Ermənistan" deyilən o ərazi var idisə, kilsədən it kimi qovulmuş ermənilər niyə gəlib bu "Ermənistanda" yox, Kilikiyada (indiki Türkiyə-Suriya sərhədləri boyu) dini sığınacaq yaratdılar. Eçmiədzin kilsəsi adlı dini fitnə-fəsad yuvasını isə Qaraqoyunlu Qara Yusif 1448-ci ildə bu əraziləri ermənilərə satandan sonra tikdilər. Ermənilərin Eçmiədzinin olduğu yerləri məhz bu illərdə pulla alaraq Kilikiyadan köçüb gəlmələri də təsadüf deyildi. Bu tülkülər anlamışdılar ki, türklər gec-tez Bizansın nəfəsini kəsəcəklər və həqiqətən də ermənilərin bir qisminin Eçmiədzinin yerinə köçüb gəlmələrindən cəmi 5 il sonra - 1453-cü ildə türklər İstanbulu tutdular...
Elmi tarix budur, İrəvan metrosunda asılmış saxta " böyük ermənistan" xəritəsi yox...
Ancaq bu olaylarda narahatlıq doğuran bir şey də ermənilərin səfir Ağayevin bəyanatına Bundestaqın keçmiş deputatı Gerdtdən münasibət öyrənmələridir. Gerdt erməni yalanlarına uyaraq, bəlkə də satılaraq səfirin fikirlərini "ucuz siyasətbazlıq" adlandırıb. Əslində mən "ucuz siyasətbazlıqla" məşğul olanların kimliyini sübut etdim... Ancaq Bundestaqın sabiq deputatının daha kəskin cavabını verməyi Nəsimi Ağayevin öz ixtiyarına buraxıram...
Tahir TAĞIYEV