Bakı sakini külli miqdarda heroinlə saxlandı

25 May 2023 10:30 (UTC+04:00)

Bakıda heroin alverçisi saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Şəhər sakini Niyazov Cavid Azər oğlu paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilib, üzərində axtarış aparılan zaman üzərindən 205,032 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.