2008-ci ildə müğənni həmkarı Əminə Yahoviçlə evlənən məşhur türkiyəli müğənni Mustafa Sandal, bu evliliyi 2018-ci ilə qədər sürdürə bilmişdi.
2018-ci ildə qarşılıqlı olaraq ayrılan M.Sandal, keçən il özündən 19 yaş kiçik modelyer Melis Sütşurup ilə Romada nigah masasına oturub. Məşhur müğənni bu evliliyin ildönümünü Londonda qeyd edib. M. Sütşurup Londondakı romantik anları özünün sosial şəbəkə hesabından paylaşıb. Gənc modelyer əri ilə olan fotoda hamiləliyinə işarə edərək “Londra bəbəyim” paylaşımını edib.
ZÜMRÜD