“Napoli”də “zəlzələ”: Spaletti komandadan gedir!

24 May 2023 11:38 (UTC+04:00)

33 ildən sonra İtaliya çempionu titulunu qazanan “Napoli”də səsküylü qalmaqal yaşanır.

Belə ki, klubun hazırkı baş məşqçisi Luçano Spaletti bu mövsümün sonunda klubdan ayrılmağa qərarlıdır. “İl Matino” nəşri idda edir ki, mütəxəssis İtaliya A seriyasının 36-cı turunda "İnter"lə oyundan (3:1) öncə bu barədə futbolçularını məlumatlandırıb. 64 yaşlı baş məşqçinin klub rəhbərliyi ilə gərgin münasibətdə olduğu deyilir.

Mətləb Salahov