"Qarabağın" rekordunu "Sumqayıt" qırdı

23 May 2023 13:43 (UTC+04:00)

Artıq növbəti çempionluğunu elan edən “Qarabağ”, Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb. 

Belə ki, 35-ci turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası öz meydanındakı 17-ci matçda xalsız qalıb. “Qarabağ”ın evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası da bitib. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib. Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb

MƏTLƏB