Formula 1 yarışmasına uğursuz başlayan, hazırda Redd Bull-un gerisində qalan Ferrari, sürpriz transfer həmləsinə hazırlaşır. Uzun müddətdir ki, çempionluğa həsrət qalan İtaliya komandası bu həsrətinə son qoymaq üçün daha təcrübəli və sürətli sürücü transfer etməyi hədəfləyir.
"Daily Mail" nəşrinin yazdığına görə italyan komandası 7 dəfə dünya çemionu olan Hamiltonu heyətinə cəlb etmək istəyir. Bunun üçün italyanlar 40 milyon funt sterlinq ödəməyə hazırlaşır. İngilis nəşrinin yazdığına görə artıq təcrübəli Formula 1 sürücüsü ilə ilkin danışıqlar başlayıb.
Mətləb