Pelenin məzarı ziyarətə açıldı

20 May 2023 16:32 (UTC+04:00)

Braziliyalı futbol əfsanəsi olan mərhum Pelenin məzarı ziyarətə açılıb.

Belə ki, "Memorial Necropole Ecumenica" məzarlığının birinci mərtəbəsi ziyarətçilər üçün açıq elan edilib. Məzarlıq saat 09:00-dan 12:00-dək, 14:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq. 

Qeyd edək ki, Pele keçən il 82 yaşında dünyasını dəyişib.
Mətləb Salahov