İstanbulun “Fənərbaxça” futbol klubunun baş məşqçisi Jorge Jesus ona gələn təkliflərlə bağlı sualları cavablandırıb.
Fanatik.com.tr saytının yazdığına görə Səudiyyə Ərəbistanı və Qətər klublarından ona gələn təkliflərlə bağlı suallardan yayınan portuqaliyalı futbol mütəxəssisi, “Mən “Fənərbaxça” ilə Türkiyə Kubokunu və çempionluğu qazanmaq istəyirəm. Mübarizəmiz sona qədər davam edəcək” deyib.
Türkiyə mətbuatı isə iddia edir ki, əgər “Fənərbaxça” bu il çempionluq həsrətinə son qoymasa J.Jesusla yollar ayrılacaq. Mətbuatın yazdığına görə bir çox Avropa və ərəb klubları portuqaliya mütəxəssislə indidən maraqlanırlar.
Mətləb Salahov