İsrail Təhlükəsizlik Akademiyası Azərbaycan xalqını təbrik etdi

22 Mart 2023 17:20 (UTC+04:00)

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: 

"Bütün dost və qardaş Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir və hər bir evə və ailəyə xoşbəxtlik diləyirik. 

Azərbaycan xalqının qədim adət-ənənəsi olan‚ tarixdən süzülüb gələn və Baharın gəlişini müjdələyən bu bayram dost və qardaş Azərbaycan xalqına sevinc‚ bolluq və bərəkət gətirsin. Azərbaycanın  suverenliyi‚ ərazi bütövlüyü və təhlükəsizliyi daimi‚ əbədi və sarsılmaz olsun. 

Novruz bayramınız mübarək olsun! Amin"