Hökumət süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcək...

17 Mart 2023 17:18 (UTC+04:00)

Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik. Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, inflyasiya Azərbaycana idxal olunan inflyasiyadır.

“Bununla belə bazarda qiymətlərin monitorinqi aparılır. Süni qiymət artımı ilə mübarizə hökumətin əsas vəzifələrindən biridir”, - deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.