Rəhim Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Mart 2023 15:37 (UTC+04:00)

Prezident İlham Əliyev R.M.Məmmədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəhim Məmməd oğlu Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.