İrandan Azərbaycana narkotik keçirən şəxs sərhəddə yaxalandı

7 Fevral 2023 11:21 (UTC+04:00)

İrandan Azərbaycana narkotik keçirən şəxs sərhəddə tutulub. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəddi pozma cəhdi Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında baş verib.

Sərhəd pozucusunun üzərindən xeyli sayda narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.