Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və ümumilikdə 10 əyalətdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada yüzlərlə bina dağılıb.
Bölgədən ölüm xəbərləri gəlməkdə davam edir.
AFAD-ın açıqladığı son məlumata görə, zəlzələdə ölənlərin sayı 2316-ya yüksəlib, 13293 yaralı var.
AFAD Zəlzələ və Riskin Azaldılması Baş direktoru Orhan Tatar zəlzələ nəticəsində 6217 binanın dağıldığını açıqlayıb.
TAHİR