Azərbaycan axtarış-xilasetmə qrupları Hataya göndərildi

6 Fevral 2023 23:10 (UTC+04:00)

Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 10 əyalətdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgəyə gələn Azərbaycan axtarış-xilasetmə qrupları Hatay şəhərinə göndərilib.

Türkiyə mediası yazır ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qruplarını daşıyan təyyarə Şakirpaşa hava limanına endikdən sonra Adanada AFAD binasına yönləndirilib.

Briqada generalı Məhərrəm Həsənov da daxil olmaqla 420 nəfərdən ibarət heyət Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Hatay şəhər mərkəzinə və İsgəndərun rayonuna göndəriləcək.

4 axtarış-xilasetmə itinin də daxil olacağı qrup, dağıntılardakı axtarış-xilasetmə və dağıntıların təmizlənməsi fəaliyyətlərinə dəstək verəcək.

Artıq qrupların yola çıxdığı bildirilir.

Tahir TAĞIYEV