Rusiyanın EADaily internet resursu MDB ölkələri institutunun Erməni filialının direktoru Aleksandr Markarovdan geniş müsahibə alıb. Markarov Laçın yolunda aksiya keçirənlər barədə "ekofəallar" və ya "ekoterrorçular" ifadələri işlədib...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Fakt bir daha sübut edir ki, Rusiya mediası erməni lobbisinin təsirlərindən qurtula bilmir. Əks halda Azərbaycanın haqlı mübarizlərinə "terrorçu" deməzdi. Ancaq Azərbaycanla informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi olan Rusiya hakimiyyəti də məsuliyyət daşıyır...
Rusiya nə demək istəyir? İndi biz də, məsələn, Rusiyanın ağrılı yerlərindən olan "müstəmləkələrlə müharibələr" tarixini araşdıraq? Çeçenləri 19-cu əsrdə necə genosid etdiklərinimi yazaq? Mərkəzi Asiyada türkmənləri, qazax və qırğızları az qırdılar?!..
...Bunlar hamısı həqiqətdir, Laçın aksiyaçılarının terrorçu olmadıqları da həqiqətdir.
Gəlin "yumurtanı düz döyüşdürək"...
Tahir TAĞIYEV