Media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək

6 Fevral 2023 16:23 (UTC+04:00)

Azərbaycanda media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək. Trend-in məlumatına görə, bunu bu gün Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir.

"Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün də həmin qurum media reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti media reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb onun barəsində məhkəməyə müraciət edəcəyik", - icraçı direktor qeyd edib.