Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi

6 Fevral 2023 09:40 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirlyindən xəbər verilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.