Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradıldı

6 Fevral 2023 10:18 (UTC+04:00)

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb.

Bu barədə səfirliyin tvitter hesabında qeyd edilib.

"Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur", - deyə bildirilib.