Prezident tapşırıq verdi, Azərbaycan qardaş Türkiyəyə 370 nəfərlik çevik xilasetmə qüvvəsi göndərir

6 Fevral 2023 10:01 (UTC+04:00)

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik xilas etmə qüvvələrinin Türkiyə yollanması barədə tapşırıq verib.

Nazirlikdən verilən məlumata görə, 370 nəfərlik heyət hazır vəziyyətə gətirilib. Heyətin yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.