Qardaş ölkənin çağırışına ilk reaksiya Azərbaycandan gəldi - xilasedicilərimiz yardım üçün Türkiyəyə gedir...

6 Fevral 2023 09:34 (UTC+04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə bölmələri qardaş Türkiyədəki zəlzələ ilə bağlı hazır vəziyyətə gətirilib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda xilasedicilərin yardım üçün qardaş ölkəyə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.

“Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, - deyə daxili işlər naziri Süleyman Soylu bildirib.

Azərbaycan da qardaş ölkənin çağırışına reaksiya verən ilk ölkə olub.

Tahir TAĞIYEV