Türkiyədə güclü zəlzələdə 76 nəfərin öldüyü, 440 nəfərin yaralandığı açıqlandı

6 Fevral 2023 09:23 (UTC+04:00)

Türkiyədə güclü zəlzələ baş verib. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, Kahramanmaraşın Pazarcık rayonunda Türkiyə saatı ilə 04:17-də qeydə alınan zəlzələ 7,4 bal gücündə olub. Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

Bir çox şəhərdə hiss edilən zəlzələ 30 saniyədən çox davam edib.

AFAD 76 nəfərin həyatını itirdiyini, 440 nəfərin yaralandığını açıqlayıb.

Tahir TAĞIYEV