Türkiyədə güclü zəlzələ olub. Şərq, Cənub-Şərq, İç Anadolu və Aralıq dənizi bölgələrindəki bir çox vilayətdə mərkəzi Kahramanmaraş olmala 7,4 bal gücündə zəlzələ baş verib. Məlumata görə, 7 kilometr dərinlikdə baş verən zəlzələ ölkənin böyük bir hissəsində hiss olunub.
Kahramanmaraşda dağılan yüzlərlə bina ilə yanaşı, ətraf əyalətlərdə də yüzlərlə dağıntı xəbərləri gəlir. Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada baş verən zəlzələdə yüzlərlə bina dağılıb.
Osmaniye valisi Erdinç Yılmaz şəhərdə 34 binanın dağıldığını, 5 nəfərin həyatını itirdiyini, xilasetmə işlərinin davam etdiyini bildirib.
Malatya valisi Hulusi Şahin şəhərdə indiyədək zəlzələ nəticəsində 23 nəfərin həyatını itirdiyini, 420 nəfərin yaralandığını, 140 binanın dağıldığını deyib.
Diyarbakır valisi Əli İhsan Su zəlzələdə 6 binanın dağıldığını, 6 nəfərin həyatını itirdiyini, 79 nəfərin isə yaralandığını açıqlayıb.
Şanlıurfa valisi Salih Ayhan hazırda 15 nəfərin dünyasını dəyişdiyi, nəfərin isə yaralandığını deyib. Vali 16 binanın çökdüyünü bildirib.
Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) 76 nəfərin həyatını itirdiyini, 440 nəfərin yaralandığını açıqlayıb.
Tahir TAĞIYEV