Rusiyanın XİN başçısı Lavrov televiziya müsahibəsində "Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığını" deməklə bizim könlümüzü almaq istəsə də, buna heç qismən də nail ola bilmədi, üstəlik köhnə dostları Ermənistanla bir az da tərs düşdülər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Biz Azərbaycan olaraq dedik ki, cənab Lavrov, bu həqiqəti 30 il əvvəl niyə demirdiniz?
Ermənistan prezidentinin müşaviri Poqosyan isə Lavrova dedi ki, axı Azərbaycanın torpaqlarını işğalda saxlamaqda Rusiya da bizə kömək etdi, bizə silah verdi..., özünüzə niyə işğalçı demirsiniz?!
Düz sözə nə deyəsən, erməni olanda nə olar ki...
Bəli, cənab Lavrov, 30 illik səhvi adamın başına bax belə vurarlar...
Tahir TAĞIYEV