İsrailin keçmiş baş naziri Naftali Bennet 2022-ci ilin martında görüşdüyü Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə bağlı maraqlı fakt açıb.
Putinlə görüşünün təfərrüatlarını danışan Rusiya prezidentinin ona “Ukrayna prezidenti Vladimir Zelenskini öldürməyəcəyinə” söz verdiyini deyib.
İsrail mətbuatı yazır ki, Bennet 2022-ci ilin martında baş nazir olarkən, Rusiyanın Ukraynaya hücumuna başladıqdan az sonra Moskvaya gedib.
Bu müddət ərzində Zelenskinin sığınacaqda gizləndiyini bildirən Bennett, Putinlə görüşündə “Zelenskini öldürməyi düşünürsünüzmü? deyə soruşub: “O mənə dedi ki, “Zelenskini öldürməyəcəyəm”. "Mən başa düşməliyəm, sən mənə Zelenskini öldürülməyəcəyinə söz verirsən?" deyə təkrar soruşdum. O, yenə mənə “Zelenskini bir daha öldürməyəcəyəm” cavabını verdi”.
Bennet iddia edib ki, Putinlə 3 saat davam edən görüşdən sonra Zelenskiyə telefonla zəng edib və ona Putinin “onu öldürməyəcəyini” deyib. Bundan sonra sığınacaqda gizlənən Zelenski ofisinə gedərək “Qorxmuram” deyə video bəyanat paylaşıb.
Rusiya prezidentinin danışıqlarında "Ukraynanın tərksilah edilməsi tələbindən imtina etməyə razı olduğunu qeyd edən Bennet, "bütün vasitəçilik səylərinin ABŞ-la koordinasiyalı olduğuna" işarə edib.
O dövrün baş naziri Naftali Bennet 2022-ci il martın 5-də Rusiyanın Ukraynaya hücuma başlayandan az sonra yəhudilər üçün müqəddəs şənbə günündə Moskvaya gedib və Putinlə görüşüb. Bennet Rusiyanın Ukraynaya hücumundan sonra Putinlə ilk üzbəüz görüşən liderlərdən olub.
Tahir TAĞIYEV