Rusiyalı politoloq Putinin çevriliş təhlükəsi ilə üzləşə biləcəyini açıqladı - Güclü olduğunu göstərməsə…

5 Fevral 2023 18:19 (UTC+04:00)

Keçmişdə Rusiya prezidenti Vladimir Putinin çıxışlarını hazırlayanlardan biri olan, politoloq Abbas Qalyamov “CNN International”a maraqlı açıqlamalar verib. Qalyamov deyib ki, müharibə davam edərsə, Putin administrasiyası çevriliş təhlükəsi ilə üzləşə bilər.

O, Putinin yavaş-yavaş ictimai dəstəyi itirdiyini və seçkiləri ləğv edə biləcəyini deyib. O, Ukrayna müharibəsinin davam edəcəyi təqdirdə Putinin dövlət çevrilişi təhlükəsi ilə üzləşəcəyini iddia edib: "Ukraynadakı müharibədə qalib gəlmədən səslərin əksəriyyətini ala bilməyəcəyini bilir. Güclü olduğunu göstərməsə, rusların ona ehtiyacı olmadığı anlaşılacaq. Hərbi vəziyyət elan edib seçkiləri ləğv edə bilər”.

“Hazırda ordu çevriliş edə bilməz, amma bir ildən sonra siyasi vəziyyət dəyişəndə ​​və xalqın rəğbətini qazanmayan prezident olanda çevriliş baş verə bilər” - Qalyamov deyib.

O, bu yaxınlarda Putinin şəxsi ordusu kimi tanınan “Vaqner” muzdlu qruplaşmasının sahibi Priqojinlə Rusiya prezidenti arasında münasibətlərə də münasibət bildirib: "Bir il əvvəl Priqojinin Putinə eeehtiyacı var idi. İndi isə vəziyyət əksinədir. O, Putinə qələbə gətirə biləcək yeganə şəxsdir. Öz ordusuna inanmadığı üçün Priqojinə çox güc verdi. Sadəcə ona güvənir”.

Tahir TAĞIYEV