Almaniya kansleri Olaf Şolz bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevə verilən Qərb istehsalı silahlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilməyəcəyi barədə razılığa gəliblər.
“Bild” qəzetinin bu barədə sualını cavablandıran Şolz bu barədə konsensus olduğunu deyib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukraynaya silah göndərməsinin və Rusiya ərazisinə hücumlara icazə verməsinin danışıqların başlanmasına şərait yaradacağını iddia edənlərin yanıldığını bəyan edərək, bunun əksi olacağını, Krıma hücumlara hücumla cavab veriləcəyini deyib.
Medvedev Rusiyanın hücumlara cavab verərkən sərhəd taanımayacağını da sözlərinə əlavə eeedib: "Hər cür cavab verə bilərik. Bunu Rusiya prezidenti açıq şəkildə ifadə etdi. Heç bir məhdudiyyət olmayacaq və təhlükənin xarakterindən asılı olaraq hər cür silahdan istifadə etməyə hazırıq”.
Tahir TAĞIYEV