Türkiyədən İrana Zəngəzur dəhlizi mesajı - dəhliz açılacaq...

4 Fevral 2023 17:25 (UTC+04:00)

İran Zəngəzur dəhlizinin açılmasına əngəl yaradır, ancaq bu məsələlər də aradan qalxacaq və Zəngəzur dəhlizi açılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil.

“Türkiyə daim Azərbaycanın yanındadır. Zəngəzur dəhlizi də açılacaq və biz avtomobillərimizlə Türkiyədən Azərbaycana gələcəyik”, - deyə o vurğulayıb.