Aİ Cənub Qaz Dəhlizinə investisiya cəlb etməyi planlaşdırır...

3 Fevral 2023 18:30 (UTC+04:00)

Aİ Cənub Qaz Dəhlizinə investisiyalar cəlb etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu cümə günü Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Azərbaycan 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə tədarüklərin həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Biz bu dəhlizə investisiya cəlb etməyi planlaşdırırıq və texniki baxımdan bu, çox səy tələb etmir, çünki artıq boru kəməri var , - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün keçirilən tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.