KTMT-ni təqib edir, ancaq Rusiyanı “təhlükəsizlik açarı” sayır - Paşinyandan bunca ziddiyyət...

3 Fevral 2023 20:49 (UTC+04:00)

“Rusiya Federasiyası Ermənistan Respublikası üçün təhlükəsizlik sahəsində əsas tərəfdaşdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almatıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.

Onun fikrincə, bu sahədə problemlər var: “Təəssüf ki, bizim təhlükəsizlik sahəsində də çoxtərəfli formatda, KTMT-də müəyyən məsələlər var və ümid edirik ki, bütün bu məsələləri həll etməyə nail olacağıq. Çalışırıq, maraqlıyıq, amma təəssüf ki, düzünü desəm, o istiqamətlərdə heç bir irəliləyiş yoxdur. Ancaq Rusiya Federasiyası Ermənistan Respublikası üçün təhlükəsizlik sahəsində əsas tərəfdaşdır”.

Paşinyan, həmçinin, nəqliyyat və iqtisadi infrastrukturların açılmasında maraqlı olduqlarını açıqlayıb: “Əlbəttə, biz regionda bütün nəqliyyat və iqtisadi infrastrukturların açılmasında çox maraqlıyıq”.

Bütün bunlar Paşinyanın nə qədər ziddiyətli, qeyri-səmimi siyasi persona olduğunu ortaya qoyur. Bir tərəfdən KTMT-ni sıxışdırır, qurumun sammitində yekun sənədi imzalamaqdan imtina edir, ölkənin sərhədlərinə Avropa İttifaqı missiyasını gətirir, digər tərəfdən də Mişustinlə görüşündə deyir ki, Ermənistanın təhlükəsizliyi məsələsində Rusiya bizim açar partniyorumuzdur. Başqa bir tərəfdən bəyanatla çıxış edir ki, sülhməramlılar Qarabağda öz missiyalarını yerinə yetirə bilmir.

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Paşinyanın belə ziddiyətli mövqedən çıxış etməsi tipik erməni riyakarlığının göstəricisidir: “Bu, tipik erməni xislətindən irəli gələn bir məsələdir. Məsələ ondadır ki, erməni haçan şərəfli bir millət olub ki, Paşinyan da bu doktrini davam etdirsin? Ona görə də onun belə riyakarlığı anlaşılandır. Başqa bir tərəfdən, Rusiyanın baş naziri Mişustin erməni əsillidir. Ola bilsin, bu səbəbdən Paşinyan, necə deyərlər, riqqətə gəlib. Bu minvalla onlara sətiraltı mesajlar verir. Ona görə də məkrli ermənilərdən nə desən gözləmək olar. Başqa bir tərəfdən, Paşinyan KTMT-ni nə qədər boykot etsə də anlayır ki, Cənubi Qafqazda ermənilərin maraqlarının bu və ya digər dərəcədə qorunmasında yenə Rusiya faktoruna ehtiyac olacaq. Paşinyan Moskva ilə yola getməsə də, hər halda bu gün Qarabağda erməni separatçıları Rusiya himayə edir. Silahlı qüvvələrini o qoruyur. Paşinyan hiyləgər gedişlər edir. Hesab edir ki, sabah fərqli situasiya yarana bilər və bu zaman Rusiya yardımına ehtiyac olacaq. Ona görə də belə jestlərdən istifadə edir. Reallıqda isə Paşinyan Qərbə stavka edir. Rusiya bilməlidir ki, onlara ən böyük zərbəni ermənilər vuracaq. Sadəcə, ermənilər bəlli məqamı gözləyirlər. O mənada ki, Rusiya tamamilə əldən düşsün. Necə ki, əvvəl başqa imperiyalara xəyanət ediblər, eyni şey də Rusiyanı gözləyir. Hələlik Rusiya tam zəifləmədiyi üçün ermənilər gözləmə mövqeyindədilər. Üstəlik, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır”.

Vidadi ORDAHALLI