ABŞ Cənubi Qafqazda Rikeri Bono ilə əvəzlədi - yeni müşavir yeni ziddiyyətlərlə gəldi...

3 Fevral 2023 11:23 (UTC+04:00)

ABŞ Dövlət Katibinin Cənubi Qafqazda yeni müşaviri təyin edildi. Filip Rikeri Lui Bono əvəzləyəcək. Yeni müşavir təyinatının Azərbaycan-Ermənistan münasibətlərinə ABŞ-ın siyasətində hansısa dəyişiklik etmək üçün edildiyi barədə hələlik qəti bir söz deyə bilmirik. Hər şeyi gələcək göstərər…

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Ancaq indilikdə yayılmış məlumatlarda bəzi ziddiyyətli məqamlar bizdə müəyyən narahatlıqlar yaradır. Məsələn, Departamentin açıqlamasında Bononun həm də ATƏT-in "Minsk Qrupunun həmsədrlik formatında" ABŞ-ın yeni nümayəndəsi kimi təyin edildiyi bildirilir. Axı "MQ və onun həmsədrlik formatı" artıq yoxdur. Azərbaycanın cənab Bononu məhz bu statusda qəbul etməyəcəyi bu başdan bəllidir. Sonra deyilir ki, yeni nümayəndənin əsas işi "Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə" nail olmaqdır. Azərbaycanın münaqişəni həll edilmiş sayması və "Dağlıq Qarabağ" ifadəsini ümumən qəbul etməməsi onu göstərir ki, Bononun bu istiqamətdə fəaliyyəti də qəbul olunmayacaq.

Bu prinsipial ziddiyyətlərin ardınca hələlik qəbul edilməli bir məqam var ki, o da Bononun birbaşa Azərbaycan-Ermənistan danışıqlarını təşviq edəcəyidir...”

Tahir TAĞIYEV