Sülhməramlılara məxsus 2 avtomobil Laçın yolundan keçdi

3 Fevral 2023 10:50 (UTC+04:00)

Səhər saatlarında Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın yolundan keçib. Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya keçirilən ərazidən 2 minik avtomobili maneəsiz keçid edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 54 gündür davam edir.