Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini tam dayandırdı

29 Yanvar 2023 22:16 (UTC+04:00)

Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb, bu qərar Təbrizdəki Baş Konsulluğun fəaliyyətinə şamil olunmur.

Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə nazir müavini əlavə edib.