Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir. Trend-in məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.
Ancaq sonradan səfirliyimizin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb. Buna səbəb isə İran tərəfinin tələbi olub.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.